×
A
A
A
Sazlamalar

Stolüstü tennisçimiz Sankt-Peterburqda XXI beynəlxalq uşaq turnirində mübarizəyə başlayır

Bakı, 1 dekabr, AZƏRTAC
Bu gün Sankt-Peterburqda N.Q Nikitinin xatirəsinə həsr olunmuş stolüstü tennis üzrə XXI beynəlxalq uşaq turniri start götürür.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı yarışda Onur Quluzadə təmsil edir.
Stolüstü tennisçimiz 2009-2013-cü il təvəllüdlü idmançılar arasında mübarizə aparacaq. O, turnirdə yığma komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi altında yarışır.
Beynəlxalq turnir dekabrın 5-dək davam edəcək.

İdman 2021-12-01 13:18:00