×
A
A
A
Sazlamalar

Beynəlxalq dərəcəli hakim Eldar Əliyev Çağırış kuboku yarışlarına təyinat alıb

Bakı, 30 noyabr, AZƏRTAC

Beynəlxalq dərəcəli hakim Eldar Əliyev kişi voleybolçular arasında keçirilən Çağırış kuboku yarışlarına təyinat alıb.
AZƏRTAC xəbər verir ki, o, turnirin 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində Belarusun “Stroitel” və İsveçrənin “Lozanna” klubları arasında təşkil olunacaq görüşdə ikinci hakim funksiyasını yerinə yetirəcək. Matçın baş hakimi moldovalı Viaçeslav Prozorov olacaq.
Görüş dekabrın 7-də Minskdə keçiriləcək.
Komandalar arasında ilk oyun dekabrın 1-də İsveçrədə təşkil olunacaq.

 

İdman 2021-11-30 19:01:00