×
A
A
A
Sazlamalar

Stolüstü tennisçimiz Sankt-Peterburqda XXI beynəlxalq uşaq turnirində iştirak edəcək


Bakı, 30 noyabr, AZƏRTAC
Sankt-Peterburqda N.Q Nikitinin xatirəsinə həsr olunmuş stolüstü tennis üzrə XXI beynəlxalq uşaq turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yığma komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi altında idmançımız Onur Quluzadə turnirdə iştirak etmək üçün Sankt-Peterburqa yola düşüb.
Yarış dekabrın 1-də start götürəcək və 5-dək davam edəcək.

 

İdman 2021-11-30 17:43:00