×
A
A
A
Sazlamalar

Azərbaycan triatlonçusu Rostislav Pevtsov reytinq cədvəlində 35-ci pillədə yer alıb

Bakı, 30 noyabr, AZƏRTAC

Avropa Triatlon Şurası kişi idmançıların yeni reytinq cədvəlini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov reytinq cədvəlində 1501,08 xalla 35-ci pillədə qərarlaşıb.
Reytinq cədvəlinə Fransa təmsilçisi Leo Bergen rəhbərlik edir. Belçikalı Marten Van Ril və Norveç təmsilçisi Kristian Blyummenfeld ilk üçlüyü tamamlayıblar.

 

İdman 2021-11-30 17:04:00