×
A
A
A
Sazlamalar

Cavid Kərimov “Kəpəz” klubunun tarixinə düşüb

Bakı, 30 noyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan Birinci Divizionunun doqquzuncu turu çərçivəsində keçirilən “Səbail-2” ilə oyun “Kəpəz”in yarımmüdafiəçisi Cavad Kərimov üçün əlamətdar olub.
AZƏRTAC xəbər verir ki, “Kəpəz”in 4:1 hesabı ilə qalib gəldikləri bu oyunda dubl edən C.Kərimov Gəncə klubunun tarixinə düşüb.
Fasilədən sonra meydana çıxan yarımmüdafiəçi milli çempionatlarda “Kəpəz”in heyətində debüt oyununda iki qol vuran ən gənc futbolçu kimi yadda qalıb. C.Kərimov 17 yaş 130 günlüyündə buna nail olub.



 

İdman 2021-11-30 12:53:00