×
A
A
A
Sazlamalar

Azərbaycanlı futbol hakimləri İstanbulda seminarda iştirak edirlər

Bakı, 30 noyabr, AZƏRTAC

AFFA və Türkiyə Futbol Federasiya (TFF) arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində İstanbulda VAR protokolu ilə bağlı növbəti seminar keçirilir.
AZƏRTAC xəbər verir ki, TFF-nin Rivadakı təlim-məşq mərkəzində təşkil olunan və dekabrın 2-dək davam edəcək seminarda Azərbaycan Premyer Liqasının və I Divizionun oyunlarına təyinat alan 28 baş hakim və hakim köməkçisi, həmçinin “CBC Sport” telekanalının 7 operatoru iştirak edir.

İdman 2021-11-30 12:44:00