×
A
A
A
Sazlamalar

On ayda ölkəyə 72,9 mindən çox avtomobil idxal olunub

Bakı, 29 noyabr, AZƏRTAC

Yanvar-oktyabr aylarında Azərbaycana 744 milyon 379 min ABŞ dolları dəyərində 72 min 902 avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 186-sı sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 68 min 24-ü əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 4571-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 121-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

Nəqliyyat 2021-11-29 19:31:00