×
A
A
A
Sazlamalar

On ayda hava nəqliyyatı ilə ixrac edilən yükün həcmi artıb

Bakı, 29 noyabr, AZƏRTAC

Yanvar-oktyabr aylarında hava nəqliyyatı ilə 50 min 716 ton yük ixrac olunub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, keçən ilin müvafiq dövrünə nisbətən 7077 ton artım olub. Belə ki, 2020-ci ilin on ayında hava nəqliyyatı ilə 43 min 639 ton yük göndərilib.
Bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi isə cari ilin yanvar-oktyabr aylarında 7281 ton təşkil edib.

Nəqliyyat 2021-11-29 19:07:00