×
A
A
A
Sazlamalar

AFFA-nın nümayəndəsi UEFA tərəfindən növbəti təyinat alıb

Bakı, 29 noyabr, AZƏRTAC

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən növbəti təyinat alıb.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Zenit” (Rusiya) – “Çelsi” (İngiltərə) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.
Matç dekabrın 8-də Rusiyanın Sankt-Peterburq şəhərindəki “Gazprom Arena”da keçiriləcək.

İdman 2021-11-29 11:21:00