Tovuz və Şəmkir rayonlarında qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlanıb
Bakı, 27 oktyabr, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Tovuz və Şəmkir rayonlarının ərazisində nəzarət tədbirləri keçirilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, Tovuz rayonunda keçirilən nəzarət tədbirləri zamanı rayon sakinləri Ruslan Tağıyev və Azər Qasımovun, Şəmkir rayonunda isə rayon sakinləri Alim Alıyev, Saməddin Babayev, Mahir Əyyubov və Elçin Qasımovun həyətyanı sahələrindəki ağac emalı sexlərində qanunsuz yolla əldə edilmiş 19 kubmetr həcmində işlik meşə materialı aşkarlanıb.
B.Məhəmmədovun sözlərinə görə, hazırda iş üzrə araşdırma davam edir.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb