×
A
A
A
Sazlamalar

Coğrafiya İnstitutunun əməkdaşı solpuqların respublika üzrə yayılması təhlilini aparıb

Bakı, 20 oktyabr, AZƏRTAC

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Tibbi coğrafiya şöbəsinin aparıcı elmi işçisi biologiya üzrə fəlsəfə doktoru Şahvələd Əliyev solpuqların (bövlərin) respublika üzrə yayılmasının coğrafi təhlilini aparıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədqiqata görə, hörümçəkkimilər sinfindən olan bu canlıların yayılması əsasən atmosfer havasının rütubətliliyi və torpaq faktoru ilə bağlıdır. Solpuqlar arid zonalarda - səhra və yarımsəhra tipli ərazilərdə məskunlaşıb. Bu, onların coğrafi yayılmasında xüsusi əhəmiyyətə malikdir. Yırtıcı həyat tərzi keçirən solpuqların respublika ərazisində pambıq, üzüm, taxıl, tərəvəz və s. kənd təsərrüfatı sahələrində ziyanverici həşəratların, hətta gəmiricilərin kütləvi surətdə məhv edilməsində rolu danılmazdır.

Elm və təhsil 2021-10-20 13:36:00