×
A
A
A
Sazlamalar

İnformasiya Texnologiyaları İnstitutunun alimləri Rusiyada keçiriləcək Superkompüter Forumunda çıxış edəcəklər

Bakı, 18 oktyabr, AZƏRTAC

Noyabrın 30-dan dekabrın 3-dək Rusiya Federasiyasının Pereslavl-Zalesskiy şəhərində “X Milli Superkompüter Forumu” (НСКФ-2021) keçiriləcək. Tədbirin təşkilatçılarından biri də AMEA İnformasiya Texnologiyaları İnstitutudur.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Rusiya Elmlər Akademiyasının Nanotexnologiyalar və informasiya texnologiyaları bölməsinin dəstəyilə keçiriləcək tədbirdə superkompüter texnologiyalarının yaradılması və tətbiqi məsələləri müzakirə olunacaq.
Forum çərçivəsində plenar iclas, elmi-praktik konfrans, sərgi, master-klass, dəyirmi masa və treninq, mediatur kimi tədbirlərin keçirilməsi planlaşdırılır.
Tədbirin seksiya iclaslarında İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssisləri elmi məruzələrlə çıxış edəcəklər.

Texnologiya 2021-10-18 19:25:00