×
A
A
A
Sazlamalar

Elmi seminar: sosial şəbəkələrin gənclərin həyatında rolu

Bakı, 30 sentyabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi təsirləri” mövzusunda onlayn elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Məruzəni institutun əməkdaşı Şəlalə Behbudova təqdim edib. Qeyd olunub ki, gənclər sosial şəbəkələrə yalnız sosiallaşmaq üçün deyil, həm də reklam və təbliğat üçün üstünlük verirlər. Çünki məhsulların və xidmətlərin marketinqi sosial şəbəkə vasitəsilə asanlıqla həyata keçirilə bilir. Bu isə onu göstərir ki, gənc nəsil üçün sosial şəbəkə gəlir mənbəyi kimi qəbul edilir. Sosial şəbəkə açıq bir mühit olduğu üçün istifadəçinin istədiyi hər şeyə asanlıqla çata biləcəyi böyük bir meydandır. Gənclərin öz maraqları ətrafında birləşməsini, bir mövqeyi ortaya qoymalarını yeni texnologiyalardan istifadənin müsbət tərəfi kimi dəyərləndirmək lazımdır.

Texnologiya 2021-09-30 16:40:00