×
A
A
A
Sazlamalar

Ötən həftə 20 ünvanda avtobus dayanacaq məntəqəsi təşkil olunub

Bakı, 22 sentyabr, AZƏRTAC

Ötən həftə 20 ünvanda 50-yə yaxın avtobus dayanacaq məntəqəsi təşkil edilib.
AZƏRTAC Bakı Nəqliyyat Agentliyinin (BNA) həftəlik icmalına istinadla xəbər verir ki, keçən həftə ərzində 5 ünvanda pandus və məhəccər, 28 küçə və prospektdə 150-yə yaxın yol nişanı quraşdırılıb. Bundan əlavə, 4 küçədə piyada zolağı təşkil edilib. Həmçinin 146 nömrəli məktəbin qarşısında piyada təhlükəsizliyi səviyyəsi artırılıb, 7 küçə və prospektdə təhlillər aparılıb.
Qeyd edək ki, ötən həftə “Avropa Mobillik Həftəsi” kampaniyasına start verilib. BNA ilk dəfə paytaxt Bakımızı bu kampaniyada təmsil edir.

Nəqliyyat 2021-09-22 05:49:00