×
A
A
A
Sazlamalar

Plagiatlıqla mübarizə metodları araşdırılır

Bakı, 19 avqust, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda cari ildə “Antiplagiat sistemlərinin analizi və milli antiplagiat xidmətinin yaradılması konsepsiyasının işlənilməsi” mövzusu üzrə tədqiqatlar aparılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, mövzu çərçivəsində plagiatlıq və piratçılıq anlayışları, plagiatlığın növləri və onu yaradan səbəblər müəyyənləşdirilib. Plagiatlıqla mübarizə metodları, o cümlədən antiplagiat proqram vasitələri əsas göstəricilərə görə təhlil edilib.
Həmçinin “DOI-verilənlərin intellektual analizi (DOI-data mining)” mövzusu üzrə elmi araşdırmalar davam etdirilir. Tədqiqat çərçivəsində rəqəmsal obyektin identifikatoru DOI, Beynəlxalq DOI Fondu və onun agentlikləri haqqında geniş məlumat toplanılıb. “CrossRef” qeyri-kommersiya təşkilatının təqdim etdiyi xidmətlər araşdırılıb və İnformasiya Texnologiyaları İnstitutu bu təşkilatla əməkdaşlıq münasibətlərinə başlayıb.
Qeyd edək ki, 2017-ci ildən institut tərəfindən nəşr olunan bütün elmi əsərlərə DOI nömrələri alınıb.

Texnologiya 2021-08-19 13:32:00