×
A
A
A
Sazlamalar

Robotlara və digər süni intellekt daşıyıcılarına hüquqi subyektlik verilməsi ilə bağlı məqalə dərc olunub

Bakı, 16 avqust, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun direktoru hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadənin “Mövcud hüquq sistemlərində süni intellekt: reallıqlar və meyillər” (Artificial intelligence within the existing legal systems: realities and trends) məqaləsi beynəlxalq bazada indeksləşən “Sosial və Humanitar Elmlərin Nailiyyətləri jurnalı”nda (Journal of Advances in Social Science and Humanities) dərc olunub.
Məqalədə bu gün robotlara və digər süni intellekt daşıyıcılarına hüquqi subyektlik verilməsi məsələləri nəzərdən keçirilir. Qeyd edilir ki, gələcəkdə bu çərçivədə məsuliyyət olmaması ilə əlaqədar olaraq hüquq normaları yenilənəcək. Robota hüquqlar verilərkən, texnologiyaların müxtəlifliyi və bəzi xüsusiyyətlər nəzərə alınmalıdır. Müəllif robototexnika sahəsində gələcək tənzimlənmənin mümkün modellərini də təhlil edib.

 

Texnologiya 2021-08-16 10:25:00