Misirin Ayn-Şəms Universiteti robot “tibb bacısını” təqdim edib
Qahirə, 12 avqust, AZƏRTAC
Misirin Ayn-Şəms Universitetinin mütəxəssisləri bu ölkədə ilk robot “tibb bacısını” universitet xəstəxanasının sərəncamına veriblər.
AZƏRTAC xəbər verir ki, “Şəms” adlanan “tibb bacısı” universitetin Kompüter və informasiya texnologiyaları fakültəsində hazırlanıb. Robot ərəb dilində danışır, habelə həkimlərin və pasiyentlərin üzünü tanıyan proqramla təmin edilib. Bundan başqa, “tibb bacısı” xəstəxananın dəhlizində epidemik və sanitar vəziyyətə nəzarət edir, xüsusən COVID-19-a yoluxanları müəyyən edə bilir.
Ayn-Şəms Universitetinin rektoru, professor Mahmud əl-Mətini bildirib ki, tezliklə universitet xəstəxanasında robot vasitəsilə cərrahiyyə əməliyyatları sistemi də qurulacaq. Onun sözlərinə görə, ənənəvi cərrahiyyə əməliyyatından fərqli olaraq, yeni sistem cərrahların bəzi səhvlərinin qarşısını almağa kömək edəcək, pasiyentlərin tez-tez qarşılaşdığı qızdırma sindromunu, qan itkisi və cərrahiyə masasında infeksiya ehtimalını əhəmiyyətli dərəcədə azaldacaq.
Misir mütəxəssisləri robot cərrahiyə sistemini Böyük Britaniyadan olan həmkarlarının köməyilə tətbiq edəcək və universitet rəhbərliyi onu idarə edəcək həkimləri Londona ixtisasartırma kurslarına göndərəcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib