×
A
A
A
Sazlamalar

Dünya kuboku: Vasif Durarbəyli səkkizdəbir finalda Santoş Vidit ilə qarşılaşacaq

Bakı, 25 iyul, AZƏRTAC
Rusiyanın Soçi şəhərində dünya kuboku yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, dünya kubokunda uğurla irəliləyən şahmatçımız Vasif Durarbəyli səkkizdəbir finalda dünyanın güclü şahmatçılarından biri olan hindistanlı Santoş Vidit ilə qarşılaşacaq.
Qeyd edək ki, dünya kubokunda iştirak edən 6 şahmatçımız (Şəhriyar Məmmədyarov, Nicat Abasov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova) yarışda mübarizəni dayandırıblar.
Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.

İdman 2021-07-25 12:36:00