Sergey Şestyorkin: Məşqlər gücləndirilmiş rejimdə davam edir
Bakı, 23 iyul, AZƏRTAC
Gimnastika növləri üzrə yarışlarda çıxış edəcək Azərbaycan idmançıları “Tokio-2020” Yay Olimpiya Oyunlarında layiqli mübarizə aparmaq üçün var qüvvələri ilə çalışırlar.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, Olimpiya Oyunları çərçivəsində keçiriləcək kişi idman gimnastikası üzrə yarışlara qatılacaq təmsilçimiz İvan Tixonovun şəxsi məşqçisi Sergey Şestyorkin hazırda bütün diqqətin proqramların icrasında dəqiqliyin işlənməsinə yönəldiyini deyib.
“Hazırlıq plana uyğun şəkildə davam edir. May və iyun ayında iki dünya kubokunda iştirak etdik və kifayət qədər uğurlu oldu. Bu yarışlarda yeni proqramı da sınaqdan keçirdik. Hazırda məşqlər maksimum dərəcədə gücləndirilmiş rejimdə davam edir”, - deyə S.Şestyorkin əlavə edib.
Qeyd edib ki, çıxış proqramları yarışlarla sınaqdan keçirilib, son hazırlıq mərhələsində isə daha çox çətinlik üzərində çalışırıq və proqrama kiçik düzəlişlər edəcəyik.
S.Şestyorkin bildirib ki, İvan təcrübəli idmançıdır və Olimpiada iştirakçısı olmaq kimi məsuliyyətli bir işin öhdəsindən gəlmək üçün səylə çalışır: “Əsas məqam son hazırlıq mərhələsində ritmi qoruyub saxlamaqdır.”
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir