Dünya kuboku: Şəhriyar Məmmədyarov tey-brekdə mübarizə aparacaq
Bakı, 20 iyul, AZƏRTAC
Rusiyanın Soçi şəhərində Azərbaycan şahmatçılarının da qatıldığı dünya kuboku yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, bu gün dünya kubokunun üçüncü mərhələsində şahmatçılar tay-brekdə mübarizə aparacaqlar. Belə ki, otuz ikidəbir finalda Şəhriyar Məmmədyarov ilə ermənistanlı Haik Martirosyan arasında hesab bərabər olduğundan şahmatçılar tay-brekdə üz-üzə gələcəklər.
Qeyd edək ki, şahmatçılarımızdan yalnız Vasif Durarbəyli üçüncü mərhələdə rəqibi çexiyalı David Navaranı məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Yığmamızın digər üzvləri - Nicat Abasov, Günay Məmmədzadə, Gülnar Məmmədova rəqiblərinə məğlub olaraq turniri tərk ediblər. Bundan əvvəl isə şahmatçılarımız Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova yarışda mübarizəni dayandırıblar.
Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir