×
A
A
A
Sazlamalar

Şahmatçımız Gülnar Məmmədova superturnirdə dünya çempionu ilə üz-üzə gələcək

Bakı, 20 iyun, AZƏRTAC

Qadınlar arasında kiçik dünya çempionatı hesab olunan “FIDE Women Speedchess” onlayn şahmat superturnirində iyunun 20-də Azərbaycan şahmatçısı Gülnar Məmmədova mübarizəyə başlayır.
AZƏRTAC xəbər verir ki, dünyanın demək olar bütün güclü qadın şahmatçılarının iştirak etdikləri yarışın seçmə mərhələsini uğurla başa vuran Azərbaycanın son çempionu səkkizdəbir finalda dünya çempionu Hou Yifanla üz-üzə gələcək.
Qarşılaşmanın qalibi dörddəbir finalda hindistanlı Humpi Konerunu məğlub edən qazaxıstanlı Bibisara Assubayeva ilə mübarizə aparacaq.

 

İdman 2021-06-20 08:12:00