Cüdo üzrə kişilərdən ibarət milli komanda Qusarda təlim-məşq toplanışını davam etdirir
Bakı, 12 iyun, AZƏRTAC
Azərbaycanın cüdo üzrə kişilərdən ibarət milli komandasının üzvləri Qusarda təlim-məşq toplanışını davam etdirir.
AZƏRTAC xəbər verir ki, həftənin ilk günlərindən Şahdağda keçirilən hazırlıq prosesini Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi də yaxından izləyir. Toplanışın əsas məqsədi dağlıq iqlimdə fiziki hazırlığın yüksəldilməsidir. Millinin toplanışında hazırda Budapeştdə keçirilən dünya çempionatına qatılmayan cüdoçular iştirak edirlər. Belə ki, Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və digər cüdoçularımız məşqçi Elxan Məmmədovun nəzarəti altında fiziki yükləmələrlə məşqləri davam etdirirlər.
Qeyd edək ki, cüdo üzrə yığmamız qarşıdan gələn mühüm yarışa - Tokio Yay Olimpiya Oyunlarına hazırlaşır. Dünya çempionatından qayıdacaq cüdoçularımız da yaxın günlərdə millimizin Şahdağ düşərgəsinə qoşulacaqlar.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir