×
A
A
A
Sazlamalar

Əfqanıstan şirkəti Azərbaycan bazarını öyrənir

Bakı, 12 iyun, AZƏRTAC
Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2021” sərgilərində Əfqanıstanın “Roots of Pease” kompaniyası 4 şirkətlə təqdim olunub.
Kampaniyaya rəhbərlik edən Mehmet Bekiş AZƏRTAC-a müsahibəsində kənd təsərrüfatı sərgisində ilk dəfə iştirak etdiyini və Azərbaycanda məhsulların satışı sahəsində mövcud bazarı öyrənməklə yanaşı, tərəfdaş tapacağına ümidvar olduğunu söyləyib.
Pandemiya dövründə ticari əlaqələrin xeyli zəiflədiyini deyən M.Bekiş yaxın gələcəkdə bu istiqamətdə dönüş yaranacağına əminliyini ifadə edib. O, şirkətlərin əsas fəaliyyət istiqamətlərindən də söz açıb. Bildirib ki, kompaniya əncir, zəfəran, üzüm, qoz, badam kimi meyvə və tərəvəz məhsullarının böyük ixracatçılarından biridir. Xüsusilə də, Əfqanıstanın əncir və zəfəranı keyfiyyəti ilə dünyada məşhurdur.

Sərgilər 2021-06-12 16:01:00