×
A
A
A
Sazlamalar

“InterFood Azerbaijan” sərgisi - Dubay şirniyyatı Bakıda

Bakı, 11 iyun, AZƏRTAC

Şirkətimiz ən yaxşı ərəb qənnadı sənayesi sahəsində ixtisaslaşıb. 1997-ci ildə Suriyanın Dəməşq şəhərində yerləşən fabrikdə təsis edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Ekspo Mərkəzində keçirilən 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2021” sərgisində şirniyyat məhsullarını nümayiş etdirən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin "Al Sultan International" şirkətinin rəhbəri Samir əl Kəsir deyib.
Bakıya ilk dəfədir gəldiyini deyən şirkət rəsmisi burada şirniyyat istehsalı sahəsində ixtisaslaşan şirkətlərlə əməkdaşlıq etmək niyyətində olduqlarını söyləyib. Onun sözlərinə görə, sahibi olduğu şirkətin məhsulları bir sıra yerli və beynəlxalq mükafatlara layiq görülüb.
S.əl Kəsir onu da vurğulayıb ki, paytaxtımızın gözəlliyindən valeh olub və bir daha Bakıya gəlmək arzusundadır.

Sərgilər 2021-06-11 16:57:00