Nazir: Yeni texnologiyaların tətbiqi ərzaq təhlükəsizliyinin artırılmasına töhfə verəcək
Bakı, 10 iyun, AZƏRTAC
İşğaldan azad edilən ərazilər hesabına əkin dövriyyəsinin genişləndirilməsi, burada yeni texnologiyaların tətbiqi ərzaq təhlükəsizliyinin artırılmasına böyük töhfə verəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyunun 10-da Bakı Ekspo Mərkəzində işə başlayan 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2021” sərgilərinin açılışında kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
Nazir qeyd edib ki, kənd təsərrüfatı sahəsində innovasiyaların ve mütərəqqi texnologiyaların tətbiqi müasir dövrün əsas vəzifələrdəndir: “Builki sərgilərdə pandemiya çətinliyi ilə üzləşməyimizə baxmayaraq, daha çox innovativ həllərin tətbiqinə çalışmalıyıq. Biz təşkilatçılarla artıq razılaşmışıq ki, 2022-ci ildə olacaq sərgidə aqrar sahədə smart həllərə daha çox yer ayrılsın”.
Xəzər İnşaat Həftəsi oktyabrda yenidən öz işinə başlayacaq
Şirkət təmsilçisi: Məqsədimiz suvarma sistemlərinin Azərbaycanda geniş tətbiqinə dəstək olmaqdır
“Caspian Agro” və “Interfood Azerbaijan” sərgiləri öz işini başa çatdırıb
Şri-Lanka şirkətinin təmsilçisi: Azərbaycanda öz filialımızı açmaq istəyirik
“Caspian Agro” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilir