×
A
A
A
Sazlamalar

“Elektron ticarət: problemlər və perspektivlər” mövzusunda məruzə dinlənilib

Bakı, 9 iyun, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin (TİM) növbəti onlayn elmi seminarı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Mərkəzin əməkdaşı Sabir Əliyev Azərbaycanda elektron ticarətin mövcud vəziyyəti, ölkədə elektron ticarətə təsir edən amillər və onların qiymətləndirilməsi haqqında ümumi məlumat verib. Qeyd edib ki, 2000-ci illərin əvvəllərində xəbərləşmə sektoru və texnologiya sahəsində inkişafla birlikdə dünya ölkələri arasındakı sərhədlər də tədricən aradan qalxıb. İnternetin istehlakçıların istək və ehtiyaclarını artırması nəticəsində elektron biznesin həcmi bütün dünyada artıb.
Daha sonra tədqiqatçı Azərbaycanda elektron ticarətə təsir edən amillər və onların qiymətləndirilməsindən bəhs edib. Vurğulayıb ki, bu sıraya ekoloji, siyasi, iqtisadi, sosial və texnoloji amillər daxildir.
Mövzu ilə əlaqədar fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Texnologiya 2021-06-09 18:12:00