×
A
A
A
Sazlamalar

Mikro və kiçik sahibkarlar ixtisaslaşmış sərgilərdə

Bakı, 8 iyun, AZƏRTAC

Sahibkarlar koronavirus pandemiyası ilə əlaqədar yaranmış uzunmüddətli fasilədən sonra ənənəvi formatda keçirilən ixtisaslaşmış sərgilərə qatılacaqlar.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, iyunun 10-12-də Bakı Ekspo Mərkəzində keçiriləcək 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan 2021” sərgilərində mikro və kiçik sahibkarlar da öz məhsul və xidmətlərini təqdim edəcəklər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə KOB-lar üçün ayrılmış xüsusi stenddə Bakı və Gəncə şəhərlərindən, Abşeron, Qəbələ və Zaqatala rayonlarından olan mikro və kiçik sahibkarlar tərəfindən müxtəlif bitki çayları, ədviyyat, yağlar, meyvə quruları, çərəzlər, qablaşdırma məhsulları və sair nümayiş olunacaq.

 

Sərgilər 2021-06-08 18:03:00