×
A
A
A
Sazlamalar

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı impakt faktorlu jurnalın rəyçi sertifikatına layiq görülüb

Bakı, 1 iyun, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat elmi ekspertiza fəaliyyətinə görə “Sustainable Computing: Informatics and Systems” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, “Elsevier” nəşriyyatında çap olunan yüksək impakt faktorlu jurnalın əsas tədqiqat sahələri məhsuldarlığı optimallaşdırmaq üçün resursların idarə edilməsi, ekoloji təmiz binalar üçün intellektual idarəetmə, verilənlərin emalının “yaşıl” mərkəzləri, dayanıqlı sistemlərin modelləşdirilməsi və qiymətləndirilməsi, real zaman sistemləri, enerji cəhətdən effektiv arxitekturalar və bərpaolunan enerji problemləridir.
Nüfuzlu jurnal energetika, elektrik enerjisi təchizatı və ətraf mühitin aktual sahələrində orijinal tədqiqat və icmal məqalələri dərc edir.

Texnologiya 2021-06-01 11:56:00