×
A
A
A
Sazlamalar

Böyükölçülü məlumatlarda anomaliyaların aşkarlanması problemi araşdırılır

Bakı, 31 may, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn elmi seminarında “Böyükölçülü məlumatlarda anomaliyaların aşkarlanması metodlarının analizi” mövzusunda müzakirə aparılıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, məruzəni təqdim edən magistrant Leyla Yusifova öncə “Big data” konsepsiyası, “Big data” texnologiyalarının imkanları, anomaliyaların aşkarlanması probleminin müxtəlif aspektlərinin araşdırılması, maşın təlimi metodlarının analizi və s. haqqında məlumat verib. Məruzəçi tədqiqat işinin əsas məqsədinin böyük verilənlərdə anomaliyaların aşkarlanmasında istifadə edilən maşın təlimi metodlarını müqayisəli şəkildə analiz etməkdən və şəbəkə trafiki verilənlərində anomaliyaları aşkarlamaq üçün geniş yayılmış təlim alqoritmlərini tətbiq etməkdən ibarət olduğunu söyləyib.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Texnologiya 2021-05-31 16:30:00