×
A
A
A
Sazlamalar

Elmi seminar: Proqram təminatı layihələrinin qiymətləndirilməsi üçün konstruktiv dəyər modeli

Bakı, 31 may, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında baş mütəxəssis Tamilla Bayramova “Proqram təminatı layihələrinin qiymətləndirilməsi üçün konstruktiv dəyər modeli - COCOMO II” mövzusunda məruzəni təqdim edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, T.Bayramova yeni proqram təminatı layihələrindən söz açıb. O, müvafiq istiqamətdə ən çox istifadə edilən, proqram məhsulunun işlənilməsi üçün əmək tutumunu və işlənilmə müddətini hesablamağa imkan verən “COCOMO” (COnstructive COst MOdel) konstruktiv dəyər modeli və sonradan daha da təkmilləşdirilərək “COCOMO II” adını almış model haqqında ətraflı məlumat verib. Məruzəçi, həmçinin proqram məhsullarının işlənilməsi üçün tələb olunan xərclərin hesablanmasını avtomatlaşdırmaq üçün “COCOMO II” modeli əsasında onlayn kalkulyatorların işlənildiyini nəzərə çatdırıb. T.Bayramova buna nümunə olaraq ABŞ-ın Cənubi Karolina ştatının Sistem və Proqram Mühəndisliyi Mərkəzinin veb-saytında “COCOMO Suite of Constructive Cost Models” internet-kalkulyatorunu misal göstərib.
Sonda məruzə ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
AZƏRTAC-0-

Texnologiya 2021-05-31 13:14:00