×
A
A
A
Sazlamalar

Elektron təhsil mühitinin intellektuallaşdırılması üzrə “Data mining” imkanları araşdırılır

Bakı, 26 may, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında “Elektron təhsil mühitinin intellektuallaşdırılması üzrə Data mining imkanlarının araşdırılması” mövzusunda məruzə təqdim olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, məruzəçi Gülarə Məmmədova təhsildə “Data mining” texnologiyalarının (EDM - Education Data Mining) tətbiqindən söz açıb. O qeyd edib ki, bu metodlar təhsil prosesinin təkmilləşdirilməsində istifadə oluna bilər.
Sonra tədqiqatçı “Data mining” vasitəsilə həll oluna bilən məsələlərə aydınlıq gətirib. Bildirib ki, bunlara klassifikasiya, reqressiya, klasterizasiya, assosiasiya və sıralama daxildir. G.Məmmədova verilənlərin intellektual analizi üçün proqram vasitələri barədə də məlumat verib.
Məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

 

Texnologiya 2021-05-26 16:29:00