×
A
A
A
Sazlamalar

2023-cü ilədək Bakıda 63,5 kilometr velosiped yolunun çəkilişi planlaşdırılır

Bakı, 17 may, AZƏRTAC

Bakıda velosiped yolunun inkişafı ilə bağlı tədbirlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli VI “Qlobal Yol Təhlükəsizliyi Həftəsi”nin açılışında deyib.
O bildirib ki, artıq Dənizkənarı Milli Park ərazisində 7,5 kilometrlik velosiped yolu çəkilib. Görülən işlər nəticəsində 2023-cü ilədək Bakıda 63,5 kilometr uzunluğunda, 2040-cı ilədək isə Azərbaycan 251 kilometrlik velosiped yolunun çəkilişi planlaşdırılır.

Nəqliyyat 2021-05-17 12:16:00