×
A
A
A
Sazlamalar

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşı işğaldan azad olunmuş ərazilərdə tədqiqat aparıb

Bakı, 16 may, AZƏRTAC

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq ekologiyası laboratoriyasının müdiri, dosent Zaman Məmmədov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Mikrobiologiya İnstitutunun və Milli Nüvə Tədqiqatları Mərkəzinin əməkdaşları ilə Füzuli rayonunda tədqiqat aparıb.
Torpaqşünaslıq və Aqrokimya İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədqiqatda məqsəd ərazidəki torpaqlarda baş verən deqredasiya proseslərinin təhlili, tədqiqi və dəymiş zərərin öyrənilməsi olub. Bununla əlaqədar Füzuli rayonu və ətraf ərazilərdə ANAMA-nın icazə verdiyi sahələrdə 5 müxtəlif ərazidə GPS koordinatına bağlı torpaq və su nümunələri götürülüb. Məqsəd torpaqlarda münbitliyin azalmasının tədqiqi, texnogen və ağır metallarla çirklənmə, hərbi eroziyanın, torpaqların fiziki-kimyəvi xassələrinin və həmçinin torpaq landşaft komplekslərində yaranmış neqativ proseslərin öyrənilməsidir.

Elm və təhsil 2021-05-16 16:40:00