×
A
A
A
Sazlamalar

Yunanıstan Super Liqasının qalibi bəlli olub

Bakı, 12 aprel, AZƏRTAC

Futbol üzrə Yunanıstan Super Liqasının qalibi bəlli olub.
AZƏRTAC xəbər verir ki, XXIX turda “Olimpiakos” klubu “Panatinaikos”u qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da xalını 76-ya yüksəldən “Olimpiakos” mövsümün bitməsinə 7 tur qalmış 46-cı çempionluğunu təmin edib.
İkinci sıradakı “Aris”in 54 xalı var. İlk üçlüyü 51 xalla POAK qapayır.

İdman 2021-04-12 16:22:00