×
A
A
A
Sazlamalar

Monteneqro nəşrində azərbaycanlıların soyqırımı ilə bağlı məqalə dərc edilib

Bakı, 1 aprel, AZƏRTAC
Monteneqronun “Srnogorskiportal” nəşrində azərbaycanlıların soyqırımının 103-cü ildönümü ilə bağlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə terrorçu Daşnaksütyun partiyasından olan erməni silahlı dəstələrinin 1918-ci ilin mart-aprel aylarında dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri kütləvi qırğınlardan bəhs edilir. Yazıda cinayətlərin miqyasının onları “soyqırımı aktı” kateqoriyasına aid etməyə imkan verdiyi qeyd edilir.
Bildirilir ki, silahlı daşnakların və onların tərəfdaşlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı, təqsirləri yalnız etnik və dini mənsubiyyəti olan on minlərlə dinc sakinin həyatına son qoyub. Qətllər və qırğınlar təkcə azərbaycanlılara qarşı deyil, başqa xalqlara münasibətdə də törədilirdi. Bakıda, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Hacıqabulda, Salyanda, Kürdəmirdə müsəlmanların evləri yandırılmışdı. Bütün bunlar daha sonra Qarabağda, Zəngəzurda, Naxçıvanda, Göyçə və digər bölgələrdə davam etdi.
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə bu cinayətlərə siyasi və hüquqi qiymət verildi və bu cinayətlər soyqırımı adlandırıldı. O vaxtdan bəri 31 mart tarixi hər il Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur”, - deyə məqalədə bildirilir.

31 mart 2021-04-01 19:40:00