×
A
A
A
Sazlamalar

Azərbaycanın tikinti materialları “MosBuild 2021” sərgisində nümayiş olunacaq

Bakı, 17 mart, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları Moskvada təqdim olunacaq.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, martın 30-dan aprelin 2-dək Moskvada keçiriləcək “MosBuild 2021” beynəlxalq tikinti və inşaat materialları sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunacaq.
Sərgi çərçivəsində potensial müştərilərlə görüşlər keçiriləcək, məhsulların ixracına dair müzakirələr aparılacaq.
Qeyd edək ki, Azərbaycan 2-ci dəfə “MosBuild” beynəlxalq inşaat və tikinti materialları sərgisində təmsil olunacaq.

 

Sərgilər 2021-03-17 17:13:00