×
A
A
A
Sazlamalar

KOBİA sahibkarlara müraciət edib

Bakı, 3 mart, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara müraciət edib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, mayın 5-7-də Özbəkistanın paytaxtı Daşkənddə 12-ci "TechTransExpo-2021" beynəlxalq sərgisi keçiriləcək. Sərginin təşkilində məqsəd yol-nəqliyyat infrastrukturu sektorunun iştirakçılarını, idxalçıları və ixracatçıları bir araya gətirməkdir.
"TechTransExpo-2021" sərgisində iştirak etməkdə maraqlı olan Azərbaycan sahibkarları aşağıdakı əlaqə vasitələrindən istifadə edərək ətraflı məlumat əldə edə, tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.
Telefon: +998 93 501 02 78
E-mail: [email protected]
Sayt: www.ieg.uz

 

Sərgilər 2021-03-03 14:48:00