×
A
A
A
Sazlamalar

Lahorda Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib

Bakı, 3 mart, AZƏRTAC
Pakistan-Rumıniya Dostluq Cəmiyyətinin prezidenti, Azərbaycan diasporunun fəal üzvü Şəhla İsayevanın təşəbbüsü ilə Pakistanın Lahor şəhərində keçirilən “Property Festival” çərçivəsində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, festival iştirakçılarına və Azərbaycana məxsus guşə ilə yaxından tanış olmaq istəyən pakistanlılara xalqımızın qan yaddaşı olan Xocalı soyqırımı, ermənilərin zaman-zaman xalqımıza qarşı törədikləri vəhşiliklər haqqında geniş məlumat verilib. Qonaqlara Xocalı soyqırımına dair məlumatları əks etdirən çap materialları, üzərində “Xocalıya ədalət!” yazısı olan köynəklər təqdim edilib.
Qeyd edək ki, 3 gün davam edən festivalda Azərbaycan guşəsində ölkəmizə və Türkiyəyə məxsus məhsullar, hədiyyələr və suvenirlər nümayiş olunub.

 

Xocalı faciəsi 2021-03-03 11:32:00