×
A
A
A
Sazlamalar

Strasburqun Kleber meydanında Xocalı soyqırımı ilə əlaqədar aksiya keçirilib

Bakı, 2 mart, AZƏRTAC

Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mehriban Ovçuyevanın təşkilatçılığı ilə Strasburq şəhərində “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, şəhərin Kleber meydanında baş tutan aksiyada ölkənin qərb bölgəsində fəaliyyət göstərən azərbaycanlı icması iştirak edib. Aksiya zamanı meydanda Xocalıda həlak olanlar barədə məlumatın əks olunduğu banner qoyulub, şamlar vasitəsilə “Xocalı – 613” qurulub. Əllərində “Xocalıya ədalət!” yazılmış plakatlar tutmuş və Azərbaycan bayrağına bürünmüş gənclər Xocalı soyqırımı barədə fransız dilində hazırlanmış broşürləri yerli sakinlərə paylayıblar. Plakatlarda Xocalı soyqırımı barədə ətraflı məlumat almaq üçün “justiceforkhojaly.org” saytı və sayta keçid üçün QR kodu göstərilib.

Xocalı faciəsi 2021-03-02 14:08:00