×
A
A
A
Sazlamalar

Ukraynadakı müsəlman icmaları Xocalı soyqırımı qurbanlarını yad ediblər

Kiyev, 27 fevral, AZƏRTAC

Ukraynadakı müsəlman icmalarının rəhbərləri bir araya gələrək Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün onların ruhuna dualar oxuyublar.
AZƏRTAC xəbər verir ki, Kiyevin məscidlərində keçirilən anım tədbirlərində “Qurani-Kərim”dən ayələr oxunub. Arzu edilib ki, bütün dünya müsəlmanları sülh və əmin-amanlıq şəraitində yaşasın.
Məscidlərdə Ukraynada yaşayan digər müsəlmanlar, soydaşlarımız birgə dua ediblər.


Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Xocalı faciəsi 2021-02-27 16:05:00