×
A
A
A
Sazlamalar

Ankaranın Atakule zirvəsi Xocalı soyqırımı şəhidlərinin xatirəsinə Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə işıqlandırılıb

Ankara, 26 fevral, AZƏRTAC

Türkiyənin paytaxtı Ankaranın məşhur simvollarından olan Atakule zirvəsi Xocalı soyqırımı şəhidlərinin xatirəsini anmaq məqsədilə Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Ankaranın bir çox yerindən görünən qüllədə türk və ingilis dillərində yazılmış “Xocalını heç vaxt unutmayacağıq!” ifadəsi əks olunur.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Xocalı faciəsi 2021-02-26 21:48:00