×
A
A
A
Sazlamalar

“Əl-Zəvra” qəzetində “Xocalı soyqırımı və 44 günlük müharibənin şahidi olan şəhər” sərlövhəli məqalə dərc olunub

Bağdad, 26 fevral, AZƏRTAC
İraqın Təhlükəsizlik və Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, professor Moataz Əl-Həmidin “Əl-Zəvra” qəzetində “Xocalı soyqırımı və 44 günlük müharibənin şahidi olan şəhər” sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə ermənilərin Azərbaycana hərbi təcavüzü və Xocalı soyqırımı haqqında bəhs olunub. Müəllif qeyd edib ki, ermənilər hələ 1905-1907, 1918-1920, 1948-1950-ci illərdə də Dağlıq Qarabağı işğal etməyə çalışıblar və Azərbaycan ərazilərində qanlı hadisələr törədiblər.
Professor hesab edir ki, ermənilərin Xocalını darma-dağın edərək əhalisini soyqırımına məruz qoyması insanlığa qarşı törədilən tarixi bir cinayətdir. Bu cinayətin ləkəsi daim Ermənistanın üzərində qalacaq.
Diqqətə çatdırılıb ki, 30 il ərzində beynəlxalq təşkilatların həll edə bilmədikləri münaqişəni Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində həll etdi və Azərbaycan torpaqları işğaldan azad edildi.

 

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Bağdad

Xocalı faciəsi 2021-02-26 20:42:00