İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası dünya ictimaiyyətini Xocalı soyqırımını tanımağa çağırıb
Bakı, 26 fevral, AZƏRTAC
İsraildə fəaliyyət göstərən "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası Xocalı soyqırımının 29-cu ildönümünü ilə əlaqədar ölkənin dövlət qurumlarına və beynəlxalq təşkilatlara bəyanatla müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bəyanatda deyilir: “Beynəlxalq hüquq normalarını və konvensiyaları pozaraq Azərbaycanın Xocalı şəhərində soyqırımı törədənlərin indiyə qədər məsuliyyətə cəlb olunmaması anlaşılmazdır. 1988-1994-cü illər ərzində Azərbaycan ərazilərinin işğalı zamanı Xocalıda və başqa rayonlarda cinayətlər törədən müqəssirlər indiyədək cəzasız qalıblar. Nəinki cəzasız qalıblar, beynəlxalq hüquqa və insan hüquqlarına zidd olaraq Ermənistanda şöhrətləndiriliblər”.
Bəyanat müəllifləri beynəlxalq ictimaiyyəti susmamağa, Xocalı soyqırımının icraçılarını mühakimə etməyə, törətdikləri vəhşiliklərə görə məsuliyyətə cəlb etməyə və Xocalı soyqırımının tanınmasına dair rəsmi bəyanat verməyə çağırıblar: "Belə dəhşətin bir daha təkrarlanmaması üçün tədbirlər görün!".
Qeyd edək ki, təsis olunduğu ilk ildən "Azİz” Assosiasiyası Xocalıda baş verən dəhşətli hadisələrə həsr olunmuş tədbirlər keçirir. Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Assosiasiya tərəfindən 2013-2020-ci illərdə həyata keçirilən tədbirlərdən ibarət videoçarx da hazırlanıb.
Videoçarxı aşağıdakı linkdən izləmək mümkündür: https://youtu.be/91L7S1uBeQg.
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub VİDEO