×
A
A
A
Sazlamalar

Şəhid anası: Bu qanlı cinayəti törədənlər ədalət mühakiməsi qarşısında cavab verəcəklər

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı faciəsini törədənlər ədalət mühakiməsi qarşısında cavab verəcəklər.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində fevralın 26-da Xocalı soyqırımı abidəsini ziyarət edən şəhid polis işçisi Məzahir Əbilovun anası Qənirə Əbilova deyib.
Şəhid anası bildirib ki, erməni quldur dəstələri Xocalı şəhərini top atəşinə tutanda Məzahir polis yoldaşları ilə birlikdə qarlı gecədə mühasirəyə düşmüş uşaqların, qadınların və yaşlı insanların xilas olunmasına kömək edərkən ermənilər tərəfindən qətlə yetirilib. Bir gecədə Xocalı kimi şəhər yerlə-yeksan edildi, yüzlərlə günahsız insan amansızcasına öldürüldü.
Q.Əbilovanın sözlərinə görə, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı erməni millətçilərinin təcavüzkar siyasətinin ən qanlı səhifələrindən biridir. Odur ki, ermənilərin azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin cəzasız qalması ədalətsizlikdir.

 

Xocalı faciəsi 2021-02-26 17:49:00