×
A
A
A
Sazlamalar

Azərbaycan məhsulları “Gulfood 2021” qida sərgisində nümayiş olunacaq

Bakı, 10 fevral, AZƏRTAC

Fevralın 21-25-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2021” beynəlxalq qida sərgisi keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildirilib ki, sərgidə qida sahəsində fəaliyyət göstərən şirkətlərimiz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirəcək.
Qeyd edək ki, Azərbaycan artıq 5-ci dəfə “Gulfood” beynəlxalq ərzaq sərgisində təmsil olunacaq.

 

Sərgilər 2021-02-10 12:26:00