×
A
A
A
Sazlamalar

Azərbaycan qılıncoynadanı Anna Başta Ümumrusiya açıq turnirində qızıl medal qazanıb

Bakı, 25 yanvar, AZƏRTAC

Qılıncoynatmanın sablya üzrə qadınlardan ibarət milli komandamızın üzvü Anna Başta Rusiyanın Novoqorsk şəhərində yerləşən İlqar Məmmədov adına Qılıncoynatma Mərkəzində keçirilən Ümumrusiya açıq turnirində qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, qrup mərhələsində keçirdiyi 5 görüşdən 4-nü qalib başa vuran A.Başta birbaşa onaltıdabir finala vəsiqə qazanıb. Bu mərhələdə Alina Klyuçnikovanı 15:10 hesabı ilə məğlub edən təmsilçimiz növbəti mərhələdə Anastasiya Bajenovaya 15:14 hesabı ilə qalib gəlib. Dörddəbir finalda Yevgeniya Karbolinanı eyni hesabla məğlub edən qılıncoynadanımız yarımfinalda Anna Simirnovanı 15:10 hesabı ilə üstələyib. A.Başta finalda Alina Mixaylova üzərində 15:5 hesablı qələbə qazanaraq turniri qalib başa vurub.
Qrup mərhələsində keçirdiyi bütün görüşləri qalib bitirən digər təmsilçimiz Valeriya Bolşakova isə onaltıdabir finalda Anastasiya Koçetovaya 14:15 hesabı ilə uduzub.

İdman 2021-01-25 18:06:00