×
A
A
A
Sazlamalar

Ölkəyə gətirilən məhsulların 19,5 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb

Bakı, 25 yanvar, AZƏRTAC

Keçən il Azərbaycana idxal olunan məhsulların 19,5 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, idxalın 64,7 faizini avtomobil, 10,9 faizini hava, 4,8 faizini dəniz nəqliyyatı, 0,1 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilən yüklər təşkil edib.

Nəqliyyat 2021-01-25 17:05:00