×
A
A
A
Sazlamalar

“Qəbələ” qələbə qazanaraq Azərbaycan kubokunun dörddəbir final mərhələsinə vəsiqə qazanıb

Bakı, 25 yanvar, AZƏRTAC

Yanvarın 25-də futbol üzrə Azərbaycan kuboku turnirinin səkkizdəbir final mərhələsi çərçivəsində “Qəbələ” klubu səfərdə Tovuzun “Turan” komandasının qonağı olub.
AZƏRTAC xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən qarşılaşmada qonaqlar iki cavabsız qolla qalib gəliblər. “Qəbələ”nin qollarını Stefan Vukçeviç (32) və Ceyms Adeniyi (45+2) vurublar.
Qeyd edək ki, ölkə kubokunun səkkizdəbir final mərhələsinin birinci oyununda “Səbail” öz meydanında “Zaqatala”nı məğlub edib. Bu mərhələnin digər oyununda hazırda “Qaradağ Lökbatan” – “Zirə” ilə qarşılaşır. Səkkizdəbir final mərhələsinə bu gün “Sabah” – “Kəpəz” oyunu ilə yekun vurulacaq.

İdman 2021-01-25 16:53:00