×
A
A
A
Sazlamalar

Nurlana Məmmədzadə yenidən Azərbaycan Gimnastika Federasiyasının baş katibi vəzifəsinə təyin olunub

Bakı, 25 yanvar, AZƏRTAC

Nurlana Məmmədzadə yenidən Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi vəzifəsinə təyin olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə AGF-in İcra Komitəsinin sayca 37-ci iclasında qərar qəbul olunub.
Federasiyanın İntizam Komitəsinin üzvləri Nazim Rəcəbov və Aytac Qasımova müvafiq olaraq həmin komissiyanın sədri və üzvlüyünə yenidən təyinat alıblar. Namiq Əliyevin isə ilk dəfə olaraq həmin komissiyanın üzvü olması qərara alınıb.
Elşad Nərimanov AGF-in Veteranlar Şurasının sədri seçilib. Uzun illər həmin şuranın sədri olmuş Arif Quliyev isə fəxri prezident seçilib.

İdman 2021-01-25 16:50:00