Türkiyənin milli təhsil nazirindən azərbaycanlı həmkarının paylaşımına dəstək
Bakı, 25 yanvar, AZƏRTAC
Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuk Azərbaycanın təhsil naziri Emin Əmrullayevin Beynəlxalq Təhsil Günü münasibətilə şəxsi “Twitter” hesabındakı paylaşımına dəstək nümayiş etdirib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Ziya Selçuk həmkarının sözügedən tvitini şəxsi hesabında paylaşaraq bu sözləri qeyd edib: “Hər hansı bir uşağın təhsildən geri qalmaması və Davamlı İnkişaf Məqsədlərinin əldə edilməsi axtarışında olan qlobal təhsil hədəflərinə çatmaq üçün pandemiyaya, müharibələrə və qarşıdurmalara qarşı kollektiv məsuliyyət və həmrəylik nümayiş etdirməliyik”.
Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev paylaşımında, “Davamlı İnkişaf Məqsədlərinin əldə olunması axtarışında olan qlobal təhsil yalnız COVID-19 pandemiyasından əziyyət çəkdiyi halda, Ermənistanın hücumları nəticəsində Azərbaycanda 20 müəllim, 10 şagird dünyasını dəyişib, 16 şagird yaralanıb və 60 təhsil müəssisəsi dağıdılıb”, - deyə bildirmişdi. Nazir tvit paylaşımına dövrünün nümunəvi maarif ocağı sayılan Şuşa Realnı Məktəbinin erməni işğalından əvvəl və sonrakı vəziyyətinə dair foto da əlavə etmişdi.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır